Viva İspaniya və Əndəlüs Turu (Barselona – Madrid) Pegasus Hava Yolları ilə 6 gecə marşrutu haqqında ətraflı məlumat almaq və rezervasiya etmək üçün müraciət edə bilərsiniz.
Bakıdan İstanbula uçuş və əsas tur proqramına qoşulma. İstanbul Sabiha Gökçən Hava Limanında Pegasus Hava Yolları kontuarı qarşısında toplanma. Bilet, baqaj və pasport rəsmiləşdirilməsindən sonra Pegasus Hava Yollarının PC1091 reysi ilə saat 10:10-da Barselonaya yola düşmə. Saat 12:50-də Barselonaya çatma. Pasport və gümrük prosedurundan sonra panoramik şəhər ekskursiyamız başlayır. Ekskursiya zamanı Əndəlüs Arenası, Monjuik təpəsi, Barselona limanı, Xristofor Kolumb abidəsi (Kolon meydanı), Saqrada Familiya kilsəsi, İspaniya və Kataloniya meydanları, Qaudinin məşhur evləri (Casa Batllo və Casa Mila), La Rambla və Port Olimpic görünəcək yerlər sırasındadır. Şəhər turundan sonra sərbəst vaxt.
Arzu edən qonaqlar əlavə haqq qarşılığında təşkil olunacaq Barselona Qotik və El Born Məhəllələri turuna (30 Avro) qoşula bilərlər. Bu turda bələdçimizin müşayiəti ilə tarixiliyi 2000 il əvvələ söykənən Qotik məhəlləsində piyada gəzinti edəcəyik. La Rambla küçəsi, 19-cu əsrə aid La Boqueria bazarı, Avqust məbədinin qalıqları, Yəhudi məhəlləsi, Böyük Kral Sarayı, Barselona Qotik Katedralı, Bisbe körpüsü və Sant Jaume meydanı görünəcək yerlər arasındadır. Daha sonra El Born məhəlləsinə keçərək Kataloniya Mədəniyyət Mərkəzi və Maria del Mar kilsəsini ziyarət edəcəyik. Passeig del Born küçəsində sərbəst vaxtda Kataloniya mətbəxinin dadına baxa bilərsiniz. Turun sonunda otelə transfer. Gecələmə oteldə.