Sicilya və Malta Turu Türk Hava Yolları ilə (PMO-MLA) - Axşam Dönüşü marşrutu üzrə məlumat almaq və rezervasiyanızı dərhal etmək üçün klikləyin!
Bakıdan İstanbula uçuş və əsas tur proqramına qoşulma. Səyahətimizə İstanbul Yeni Aeroportu Xarici Xetlər Terminalında bələdçimizlə görüşərək başlayırıq. Bilet və baqaj əməliyyatlarımızın ardından Türk Hava Yollarının TK1373 saylı reysi ilə saat 07:55-də İstanbul – Palermo uçuşumuzu həyata keçiririk. Yerli vaxtla saat 08:30-da Palermoya çatdıqdan sonra panoramik Palermo şəhər turumuzda: Via Liberta və Via Roma küçələri, Quattro Canti, Sədaqət Çeşməsi, Norman Sarayı, Teatro Massimo, Teatro Politeama Garibaldi və Palermo katedrali görəcəyimiz yerlər arasındadır. Arzu edən qonaqlarımız bələdçimizin əlavə olaraq təşkil edəcəyi Monreale turumuza qoşula bilərlər. Cazibəsi və gözəlliyi ilə yanaşı Sicilyanın ən vacib mədəni məkanlarından biri olan Monreale orta əsr atmosferi ilə sehrli bir hiss yaradır. UNESCO tərəfindən Dünya Mirası elan edilən və Sicilyanın ən vacib katedralinin yerləşdiyi Monreale şəhərini gəzirik. Monrealədə verəcəyimiz sərbəst vaxtdan sonra otelimizə hərəkət. Gecələmə otelimizdə.