Orta Avropa və Hallştatt 5 ölkə (Praqa – Budapeşt) marşrutu üzrə tur haqqında məlumat almaq və rezervasiya etmək üçün bizimlə əlaqə saxlayın!
Bakıdan İstanbula uçuş və əsas tur proqramına qoşulma. İstanbul Sabiha Gökçən Hava Limanında qeydiyyat və pasport yoxlanışından sonra Ajet Hava Yollarının VF335 reysi ilə saat 08:10-da Praqaya uçuş. Saat 09:50-də Praqaya çatma. Hava limanında qarşılanma və panoramik şəhər turu üçün yola düşmə. Şəhər turunda Kiçik məhəllə, IV Karl körpüsü, Köhnə şəhər meydanı və Astronomik Saat qülləsini ziyarət edirik. Şəhər turundan sonra sərbəst vaxt. Arzu edən qonaqlar əlavə təşkil ediləcək Praqa Şaheserləri turuna qoşula bilərlər.