Marşrut: Kasablanka – Mərakeş – Uarzazat – Sahara səhrası – Fəs – Tanjer – Kasablanka
Otel kateqoriyası: 4★ və 5★ otellər və ya bənzərləri
Qidalanma: Yarım pansion
Müddət: 7 gecə / 8 gün
Bakıdan İstanbul Sabiha Gökçen hava limanına uçuş, İstanbul Sabiha Gökçen Hava Limanının beynəlxalq uçuşlar terminalında görüşürük.
Baqajın təhvil verilməsi, qeydiyyat və sərhəd prosedurları tamamlandıqdan sonra Air Arabia Hava Yollarının 3O438 nömrəli müntəzəm reysi ilə saat 00:10-da Kasablankaya uçuruq. Saat 03:15-də Kasablanka Mohammed V Hava Limanına çatdıqdan sonra bizi gözləyən xüsusi avtobusla Mərakeş şəhərinə yola düşürük.
Oteldə səhər yeməyindən sonra sərbəst vaxt verilir. Arzu edən qonaqlarımız tam günlük “Qırmızı şəhər – Mərakeş turu”na qoşula bilərlər — əlavə ödəniş: 80 EUR.
Şəhər turu zamanı Koutoubia minarəsini, Afrikanın bütün rənglərini özündə birləşdirən Jmaa El Fna meydanını, küçə tamaşalarını və açıq hava restoranlarını panoramik şəkildə görəcəyik. Daha sonra ölkəyə məxsus naxışlı kaşılarla bəzədilmiş Bahia sarayını ziyarət edəcəyik.
Turun davamında XX əsrin əvvəllərindən etibarən avropalı modelyerlərin, rəssamların, musiqiçilərin və səyyahların sevimli məkanına çevrilmiş Mərakeş şəhərinin valehedici atmosferini kəşf edəcəyik. Şəhərin tarixi medinasında orta əsrlərdən qalan ənənələrin bu gün də necə yaşadıldığını görəcəyik.
Ardınca Yves Saint Laurent ilə məşhurlaşmış Jardin Majorelle — Majorelle bağına baş çəkəcəyik. Mərakeş memarlığının gözəl nümunələrindən biri olan bu bağda nadir bitkiləri görmək və fotoşəkillər çəkmək imkanımız olacaq.
Turdan sonra otelə transfer və sərbəst vaxt. Arzu edən qonaqlarımız axşam yerli yeməklərin təqdim olunduğu Berber gecəsi — “Fantasia Chez Ali” şou proqramına qoşula bilərlər — əlavə ödəniş: 70 EUR.
Otel: Hotel Palm Plaza 5★, Hotel Blue Sea 4★ və ya bənzəri
Səhər yeməyi: Oteldə təqdim olunur və tur qiymətinə daxildir
Nahar: Sərbəst vaxtda, bələdçinin tövsiyə edəcəyi məkanda əlavə ödənişlə
Şam yeməyi: Sərbəst vaxtda, bələdçinin tövsiyə edəcəyi məkanda əlavə ödənişlə
Marşrut: Kasablanka – Mərakeş, 250 km — təxminən 3 saat 30 dəqiqə
Otelə giriş: Yol şəraitindən asılı olaraq təxminən saat 20:00