Malta və Sicilya Turu Türk Hava Yolları ilə 6 gecə marşrutu haqqında ətraflı məlumat almaq və rezervasiya etmək üçün müraciət edə bilərsiniz.
Bakıdan İstanbula uçuş və əsas tur proqramına qoşulma. İstanbul Yeni Hava Limanında bələdçimizlə görüşürük. Bilet və baqaj rəsmiləşdirilməsindən sonra Türk Hava Yollarının TK1369 reysi ilə saat 08:15-də İstanbul – Malta uçuşunu həyata keçiririk. Yerli vaxtla saat 08:50-də Maltaya çardıqdan sonra 3 şəhər turumuzu həyata keçirəcəyik. Malta Şövalyələri tərəfindən inşa edilmiş Vittoriosa, Kospikua və Sanglea şəhərlərini kəşf edirik. Kospikuadakı avtobus gəzintisindən sonra piyada Vittoriosa şəhərinin dar küçələrini gəzəcək, tarixi kilsələri və sarayları görəcəyik. Sonda Sanglea bizi gözləyəcək. Turun sonunda otelə transfer. Günorta arzu edən qonaqlar bələdçinin əlavə olaraq təşkil edəcəyi Mosta, Rabat və Mdina (50 Avro) turuna qoşula bilərlər. İlk durağımız Avropanın üçüncü böyük kubbesinə sahib olan Santa Maria Assunta bazilikası olacaq. Daha sonra Mdina ətrafındakı Rabat və "Game of Thrones" serialının çəkildiyi Malta qədim paytaxtı Mdina şəhərini ziyarət edirik. Sərbəst vaxtdan sonra otelə transfer. Gecələmə oteldə.