Los Angeles, Las Vegas, San Francisco və New York Turu Türk Hava Yolları ilə 8 gecə rotasına dair məlumat almaq və rezervasiyanızı dərhal etmək üçün klikləyin!
Bakıdan İstanbula uçuş və əsas tur proqramına qoşulma. İstanbul Hava limanında dəyərli qonaqlarımızla Türk Hava Yolları kontuarında görüşdükdən sonra uçuşumuzla Amerikanın ən böyük şəhərlərindən biri olan Los Angelesə hərəkət. Təxminən 13 saatlıq uçuşdan sonra Los Angelesə varış. Hava limanında bizi gözləyən xüsusi avtomobilimiz və bələdçimizlə görüşdükdən sonra otelimizə transfer. Amerikadakı otellərin qaydalarına əsasən saat 15:00 etibarilə otaqlara giriş mümkündür. Lobbidə dincələ bilər və ya bələdçinizin əlavə olaraq təşkil edəcəyi Los Angeles Şəhər Turuna qatılabilərsiniz. ABŞ-ın Mələklər Şəhəri kimi tanınan və ən böyük ikinci şəhəri olan Los Angelesi tanıdan bir tur həyata keçirəcəyik. İlk dayanacağımız filmlərdən xatırladığınız Hollywood Bulvarıdır. Burada Oskar mərasimlərinin keçirildiyi Dolby Teatrı, məşhur filmlərin qalalarının keçirildiyi Çin teatrı, kino və musiqi sənətçilərinin əl və ayaq izlərinin olduğu Şöhrət Yolu görəcəyimiz yerlər arasındadır. Həmçinin bu bölgədən şəhərin simvolu olan Böyük Hərflərlə yazılmış məşhur Hollywood yazısını fotoşəkilə çəkmək şansı əldə edəcəksiniz. Daha sonra məşhur Sunset Strip bulvarından Santa Monica bulvarına keçərək Beverly Hillsə çatırik. Burada Beverly Hillsin məşhur simvolunu görəcəyik. Daha sonra Pretty Woman filminin çəkildiyi, dünyanın ən lüks mağazalarının yerləşdiyi məşhur Rodeo Drive-da qısa bir gəzinti edib, Elvis Presley və John Lennon kimi ulduzların illərlə yaşayış ünvanı olan Beverly Willshire Otelini görəcəyik. Rodeo Drive-dan ayrıldıqdan sonra turdan sonra otelimizə keçid. Otaqların paylanmasından sonra dincəlmək üçün sərbəst vaxt. Axşam arzu edən qonaqlarımız bələdçinizin əlavə olaraq təşkil edəcəyi Santa Monica turuna qatila bilərlər. Küçə sənətçilərinin nümayişləri ilə dolu işıq-ışıl Santa Monikada yerləşən şık kafelərdə bir şeylər içərək yorğunluğunuzu ata bilər, axşam yeməyinizi bu gözəl yerdə yerləşən restoranlardan birində yeyə bilərsiniz. Gecələmə otelimizdə.