Yaponiya Turu – Platinum Şərqi Asiyanın Günəşi marşrutu haqqında məlumat almaq və rezervasiya etmək üçün müraciət edin.
Bakıdan İstanbula uçuş və əsas tur proqramına qoşulma. İstanbul Hava Limanı xarici xəttlər gediş terminalı Türk Hava Yolları kontuarı qarşısında saat 23:10-da görüşmə. Bilet, baqaj və pasport əməliyyatlarımızdan sonra Türk Hava Yollarının TK198 reysi ilə saat 02:05-də Tokyoya uçuş. Yerli saat ilə 19:20-də Tokyo Haneda Hava Limanına eniş. Pasport və baqaj əməliyyatlarımızın ardından hava limanından avtomobilimiz ilə otelimizə transfer. Gecələməmiz Tokyodakı otelimizdə.