Uçuş saatları dəyişə bilər və bütün saatların hərəkət tarixlərindən 48 saat əvvəl təsdiqlənməsi lazımdır. Təyyarənin enəcəyi şəhərə görə marşrutlarda dəyişikliklər ola bilər. Uçuş saatları haqqında nümayəndəliklərimizdən və ya satış təmsilçinizdən məlumat ala bilərsiniz. Aviaşirkətlər tərəfindən edilə biləcək saat dəyişiklikləri və gecikmələrdən tur operatoru məsuliyyət daşımır. Uçuşa qatılan şəxslərin qeydiyyat və minmə işləri şəxsi məsuliyyətlərindədir və uçuş öncəsində hava limanında aviaşirkət kontuarlarında və ya onlayn olaraq yerinə yetirilməlidir.
Pasportun etibarlılıq müddəti:
Xaricə səyahət edəcək bütün sərnişinlərimizin mövcud etibarlı pasportlarının ilk verilmə tarixi 10 ildən köhnə olmamalıdır. Həmçinin səyahət bitimi etibarilə etibarlılıq müddətinin 6 ay olması tələb olunur.
Ləğv və qaytarılma şərtləri:
Turun başlanğıc tarixindən 30 gün əvvəlinə qədər qeyd-şərtsiz ləğv etmək hüququnuz mövcuddur. 30-20 gün arasında 50 faiz, 19-10 gün qaldıqda isə 75 faiz, 9 gündən az qaldıqda isə 95 faiz tutulmaqla ləğv əməliyyatı həyata keçirilir.