Klassik İtaliya Turu AJET Hava Yolları ilə 7 Gecə marşrutuna dair məlumat almaq və rezervasiyanızı dərhal etmək üçün klikləyin!
Bakıdan İstanbula uçuş və əsas tur proqramına qoşulma. Sabiha Gökçən Hava Limanı xarici xəttlər gediş terminalında uçuştan üç saat əvvəl görüşürük. Baqaj, bilet və biniş əməliyyatlarının ardından AJET Hava Yolları tarifeli səferi ilə gerçəkləşəcək Roma uçuşumuzdan sonra hava limanında bizi gözləyən xüsusi avtobusumuza keçirik və panoramik şəhər turu üçün hərəkət edirik. Bir zamanlar sonsuz bir ehtişamla parıldayan və tarixin küləkləri ilə şəkillənən sehrli şəhər Roma; imperatorlarının ehtişamına, qladiatorların cəsarətinə və sənətin ən uca formalarına ev sahibliyi etmişdir. Bu turumuzda Cəm Sultanın həbs olunduğu Kastel Sant' Anxelonu görəcəyik. Roma da görəcəyimiz digər yer isə şəhərin qəlbində antik çağların ruhunu daşıyan Kolizeydir. Kolizey gəzintimizin ardından Fontana di Trevi bulağına yaxınlaşdığımız zaman göz qamaşdıran heykəllərin arasında suyun melodiyası səslənir. Bir dilək tutub bulağa bir qəpik atdığınızda, Romanın sehrinin sizi bir daha heç vaxt buraxmayacağı devilir. Arzu edən səyahətçilərimiz bələdçimizin əlavə olaraq təşkil edəcəyi Roma Abidələri Turuna qatola bilərlər. Axşam saatlarında otelimizə dönüş və dincəlmək üçün sərbəst vaxt.