Sirli Misir Prestij Qahirə və Asuan & Luksor & Hürqədə Turu Air Cairo ilə 7 gecə marşrutuna dair məlumat almaq və rezervasiyanızı dərhal etmək üçün klikləyin!
Bakıdan İstanbula uçuş və əsas tur proqramına qoşulma. İstanbul Hava Limanı Xarici Xəttlər Gediş Terminalında Air Cairo Hava Yolları kontuarı önündə saat 09:15-də olma. Hava limanında çıxış əməliyyatlarını bitirdikdən sonra Air Cairo Hava Yollarının tarifli uçuşu SM304 ilə 12:15-də Misirin paytaxtı Qahirəyə hərəkət. Yerli vaxt ilə 13:20-də varışımıza istinadən edəcəyimiz panoramik şəhər turu əsnasında Qahirə Qalası, Məhəmməd Əli Paşa Məscidi, Sultan Həsən Külliyəsi, İmam Şafi Məscidi, Sədatın Abidə Məzarı, Əl-Əzhər Məscidi, İslam Tarixi Muzeyi, Qahirə Qülləsi, Xan əl-Xəlili Bazarı, Əl-Təhrir Meydanı kimi başlıca turistik nöqtələri görmək imkanımız olacaq. Şəhər turundan sonra otelimizə transfer. Qeydiyyat əməliyyatlarından sonra sərbəst vaxt. İstəyən iştirakçılarımız əlavə olaraq təşkil ediləcək 'Nil Üzərində Yeməkli Gəmi Turu'na qoşula bilərlər. Gecələmə otelimizdə.