Zərif Küba Turu marşrutu haqqında məlumat almaq və rezervasiyanızı dərhal etmək üçün klikləyin!
Bakıdan İstanbula uçuş və əsas tur proqramına qoşulma. İstanbul Yeni Aeroportu xarici xəttlər gediş terminalında uçuştan üç saat əvvəl görüşürük. Baqaj, bilet və minmə əməliyyatlarından sonra Türk Hava Yolları tarifeli reysi ilə Havana uçuşumuz başlayır. Gecəmiz uçuşda keçir. Havanaya varışımızın ardından aeroportda bizi gözləyən xüsusi avtobusumuza keçir və şəhər turuna başlayırıq. Səyahətimiz zamanı UNESCO Dünya İrsi Siyahısına daxil olan Havana Köhnə Şəhəri, Malecon Bulvarı, İnqilab Meydanı, Kolumb Qəbiristanlığı, Miramar və şəhəri quşbaxışı izləyə biləcəyiniz Morro Qalasını görəcəyik. Nahar yeməyimizi yerli restoranda yeyirik. Turdan sonra otelimizə transfer və otaqlara yerləşmə. Havanadakı otelimizdə gecələmə və sərbəst vaxt.