← Qrup turlarına qayıt
Cənubi Koreya

Eleqant Cənubi Koreya Turu (Seul – Busan) Türk Hava Yolları ilə 5 gecə

8 noyabr 2026 – 14 noyabr 2026 6 gecə / 7 gün Birbaşa uçuş
2 böyük üçün
5 298 EUR
Rezervasiya et
Müddət
6 gecə / 7 gün
Uçuş
Birbaşa
Otel
Proqrama uyğun
Qidalanma
Proqrama uyğun

Tur haqqında

Eleqant Cənubi Koreya Turu (Seul – Busan) marşrutu üzrə məlumat almaq və dərhal rezervasiya etmək üçün müraciət edə bilərsiniz.

Tur proqramı

Bakıdan İstanbula uçuş və əsas tur proqramına qoşulma. İstanbul hava limanından Türk Hava Yollarının TK90 reysi ilə saat 02:15-də Seula uçuş. Yerli vaxtla saat 18:20-də Seul Incheon Hava Limanına çatma. Qarşılanmadan sonra şəhərə transfer və məşhur Gangnam Meydanında gəzinti. Turdan sonra otelə transfer və yerləşmə. Gecələmə oteldə.

Səhər yeməyindən sonra məşhur Cənubi Koreya seriallarının çəkildiyi füsunkar Nami Adasına yola düşürük. Adada gəzintidən sonra təbiət gözəlliyi ilə seçilən Səhər Sakitliyi Bahçesi Arboretumu ziyaret edilir. Günün sonunda Seul şəhərinin panoramik mənzərəsini izləmək üçün N-Seul Qülləsində fotosessiya fasiləsi verilir. Turdan sonra otelə transfer. Gecələmə oteldə.

Səhər yeməyindən sonra Seul dəmiryolu vağzalından sürətli qatarla Busana yola düşürük. Busana çatdıqdan sonra BM Kore Müharibəsi Xatirə Qəbiristanlığını və dəniz sahilində yerləşən möhtəşəm Yonggungsa Tapınağını ziyarət edirik. Daha sonra Blue Line Parkda Sky Kapsul gəzintisi ilə sahil mənzərələrindən zövq alırıq. Turdan sonra otelə transfer. Gecələmə oteldə.

Səhər yeməyindən sonra rengarəng evləri ilə tanınan Gamcheon Mədəniyyət Kəndinə ekskursiya təşkil olunur. Ardınca Cənubi Koreyanın tarixi paytaxtı sayılan Gyeongju şəhərinə yollanırıq. Burada UNESCO İrsi siyahısına daxil edilmiş Bulguksa Tapınağı, tarixi Cheomseongdae Rəsədxanası, Donggung Sarayı və Wolji Göleti ziyarət edilir. Tur bitdikdən sonra sürətli qatarla Seula qayıdış və otelə transfer. Gecələmə oteldə.

Səhər yeməyindən sonra Suwon şəhərində yerləşən tarixi Hwaseong Qalasına ekskursiya edirik. Daha sonra Koreyanın ənənəvi həyat tərzini, mədəniyyətini və memarlığını əks etdirən Kore Xalq Kəndini (Korean Folk Village) kəşf edirik. Günün sonunda Seula qayıdış və otelə transfer. Gecələmə oteldə.

Səhər yeməyindən sonra oteldən çıxış edirik. Seulun ən böyük və qədim bazarlarından olan Namdaemun Bazaırında alış-veriş və sərbəst vaxt təşkil olunur. Ardınca ənənəvi Koreya evlərinin yer aldığı Namsangol Hanok Kəndi ziyarət edilir. Şəhər ekskursiyalarından sonra hava limanına transfer olunuruq.

Seul Incheon Hava Limanından Türk Hava Yollarının TK91 reysi ilə saat 00:10-da İstanbula uçuş. Yerli vaxtla saat 05:55-də İstanbul Hava Limanına çatma. İstanbuldan Bakıya dönüş uçuşu.

Uçuş məlumatları

Bakı – İstanbul – Bakı aviabiletləri tur qiymətinə daxildir. Bakı–İstanbul və İstanbul–Bakı reysləri mövcudluğa uyğun olaraq seçilir. İstəyinizə əsasən uyğun reys variantının seçilməsi mümkündür.
Turkish Airlines · TK90
Gediş
02:15
İstanbul Havalimanı (IST)
18:20
Seul (ICN)
Turkish Airlines · TK91
Qayıdış
00:10
Seul (ICN)
05:55
İstanbul Havalimanı (IST)

Yerləşmə

Seul
3* Oteller BB vb. 3★
· Oda Kahvaltı · və ya bənzəri
Busan
3* Oteller BB vb. 3★
· Oda Kahvaltı · və ya bənzəri

Qiymətə daxil olan və olmayan xidmətlər

Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna sahib olan vətəndaşlar üçün Cənubi Koreyaya səfər etmək üçün elektron səyahət icazəsi (K-ETA - Korea Electronic Travel Authorization) rəsmiləşdirilməlidir.
Səfər edəcək şəxslər uçuşa daxil olmadan ən azı 1 ay əvvəl rəsmi internet səhifəsi (www.k-eta.go.kr) və ya mobil tətbiq (K-ETA) üzərindən müraciət edərək təsdiq almalıdırlar. Prosedurların vaxtında tamamlanması üçün müraciətin turun başlanmasına 40 gün qalmış edilməsi tövsiyə olunur. Müraciət təsdiqləndikdən sonra K-ETA sənədinin çap olunmuş nüsxəsi səfər zamanı şəxsin yanında olmalıdır.
K-ETA müraciəti rədd edilərsə, müvafiq qaydada səfirlik vasitəsilə viza müraciəti olunmalıdır.
Pasportun etibarlılıq müddəti ölkədən çıxış tarixindən etibarən ən azı 6 ay olmalıdır.
Viza və giriş qaydaları dəyişə bildiyindən rezervasiya zamanı aktual tələblərin yenidən yoxlanılması tövsiyə olunur.

Uşaq kateqoriyası 7-12 yaş arasındadır. Tur təşkilatçısı hava yolu şirkəti ilə sərnişin arasında vasitəçi rolunu oynayır. Uçuş saatları dəyişə bilər və yola düşmədən 48 saat əvvəl mütləq təsdiqlənməlidir. Hava yolu şirkətləri tərəfindən edilə biləcək saat dəyişikliklərinə və gecikmələrə görə tur operatoru məsuliyyət daşımır. Uçağın enəcəyi şəhərə görə marşrutlarda dəyişikliklər ola bilər.
Qeydiyyat (check-in) və minik (boarding) əməliyyatları sərnişinlərin şəxsi məsuliyyətindədir. 18 yaşdan aşağı uşaqlar üçün xüsusi xəbərdarlıq: Valideynlərdən biri və ya hər ikisi olmadan səyahət edən uşaqlar üçün notarial təsdiqlənmiş razılıq ərizəsi (müvafiqətnamə) mütləq şəkildə təqdim edilməlidir.
Pasport Tələbləri: Pasportun etibarlılıq müddəti səfər bitdikdən sonra ən azı 6 ay olmalı və verilş tarixi 10 ildən köhnə olmamalıdır.
Ləğv Və İadə Şərtləri: Turun başlamasına 30 gün qalana qədər cəriməsiz ləğv etmək mümkündür. 30-20 gün arası %50, 19-10 gün arası %75, 9-0 gün arası %95 tutulma tətbiq olunur. Yeterli sayda qrup yığılmadığı halda tur operatoru turun başlamasına 20 gün qalmış turu ləğv etmək hüququna malikdir.

Nümunə Otellər: 3 ulduzlu Seul - Ramada Dongdaemun Hotel və s., 3 ulduzlu Busan - Arban City Hotel və s. Otellərə giriş saat 15:00 – 17:00 arası, çıxış saatı isə 10:00 – 12:00 arasındadır.
Otaq Yerləşməsi: Otaqların sahəsi məhdud olduğu üçün 3 böyüklər üçün (Triple) yerləşmə imkanı mövcud deyildir.
Nəqliyyat Və Baqaj Qeydi: Seul və Busan arasında gediş-dönüş sürətli qatarla həyata keçiriləcəkdir. Busan səfəri günü qonaqlara yanlarına 2 günlük geyim götürmələri tövsiyə olunur. Böyük baqajlar Seuldakı oteldə saxlanılacaqdır.
Məcburi Yerli Ödənişlər: Muzey, ziyarət yerləri və məbəd girişləri, Blue Line Park Sky Kapsul biletləri, yerli bələdçi xidməti və turist şəhər vergiləri üçün adam başı 125 € məbləğində ödəniş tur əsnasında bələdçiyə nağd ödənilməlidir.

NZ TRAVEL CLUB

Bu tura qoşulmaq istəyirsiniz?

8 noyabr 2026 – 14 noyabr 2026 tarixli turun mövcudluğunu satış əməkdaşımızla dəqiqləşdirin.

2 böyük üçün
5 298 EUR
WhatsApp ilə rezervasiya et
050 486 87 77 · 055 386 87 77 · 051 225 98 65