Vacib Qeydlər Qeyd: Uşaq kateqoriyası 7-12 yaş arasıdır. Tur bülleteni dərc olunduğu 10.08.2026 tarixində qüvvədədir. Eyni tura aid daha sonrakı tarixdə dərc olunacaq tur bülleteni əvvəlkindən üstündür. Məcburi əlavə xidmətlər qiymətə daxildir. İştirak Şərtləri Vasitəçilik və Məsuliyyət: Təşkilatçı tərəf hava yolu ilə sərnişin arasında vasitəçi mövqeyindədir və 28.09.1955 Haaqa Protokoluna tabedir. Uçuş saatları dəyişə bilər və bütün saatlərin hərəkət tarixlərindən 48 saat əvvəl təsdiq edilməsi tələb olunur. Təyyarənin enəcəyi şəhərə görə parkurlarda dəyişikliklər ola bilər. Uçuş saatları haqqında agentliyimizdən və ya satış nümayəndənizdən məlumat ala bilərsiniz. Hava yolu şirkətləri tərəfindən edilə biləcək saat dəyişiklikləri və gecikmələrdən təşkilatçı tərəf məsuliyyət daşımır. Uçuş Əməliyyatları: Təyyarəli turlara qoşulan şəxslərin qeydiyyat və minmə əməliyyatları şəxsi məsuliyyətlərindədir və uçuşdan əvvəl hava limanında hava yolu kontuarlarında və ya onlayn olaraq edilməlidir. Son dəqiqə gecikmələri və qapı dəyişiklikləri hava limanlarında səsli elan edilir və məlumat lövhələrində göstərilir. Bu məlumatların izlənilməsi tələb olunur. Tura İştirak: Təşkilatçı tərəf tərəfindən bildirilən saatlərdə göstərilən hava limanında hazır olmayan, qeydiyyat və minmə əməliyyatlarını vaxtında etməyən ya da təyyarəyə minməyən şəxslərin uçuşu həyata keçirə bilməmələrindən təşkilatçı tərəf məsuliyyət deyil. Təyyarəni qaçıran şəxslərin tura daxil olmaları üçün lazım olan gediş-dönüş yeni təyyarə biletləri və bölgədəki transfer xərcləri özlərinə aiddir. Proqram və Yemək: Proqramlarda göstərilən gəzintilər məcburi səbəblərdən göstərilən günlərdən başqa günlərdə edilə bilər. Proqrama daxil olan nahar və şam yeməkləri, lazımi görüldükdə və ya uçuş saatlarındakı dəyişikliklər səbəbilə agentliyin təyin etdiyi restoranlarda verilə bilər. Panoramik şəhər turları, şəhərlərin tanıdılması üçün təşkil olunan 2-3 saat davam edən turlardır. Şəhər turları və əlavə turlar məzmunu dəyişməmək şərtilə fərqli günlərdə təşkil edilə bilər. Əlavə tur qiymətləri, məzmun və iştirakçı sayına görə dəyişiklik göstərə bilər. Turun Həyata Keçirilməməsi: Panoramik turlar və digər proqram turları yerli rəsmilər tərəfindən gəzilməsinə icazə verilməyən və ya bağlı yollar səbəbilə baş tutmaya bilər. Hava şərati səbəbilə turun edilməsi qeyri-mümkün hala gəldiyi hallarda, bu turların edilməməsindən təşkilatçı tərəf məsuliyyət daşımır. Bağlı yollar və ya avtomobil girişinə icazə verilməyən nöqtələrdə ictimai nəqliyyatla və ya piyada olaraq edilə bilər. Əlavə Turlar: Proqramda əlavə olaraq göstərilən gəzintilər kifayət qədər iştirak olmadıqda baş tutmaya bilər. Yol üzərindəki əlavə turlar bütün sərnişinlərin iştirakı olmadan da həyata keçiriləcəkdir. İştirak etməyən qonaqlar bələdçi tərəfindən istirahət sahələrinə yönləndiriləcəkdir. Şəxsi Əşyalar: Tura qoşulan şəxslərin şəxsi əşyaları, çantaları və bavulları öz məsuliyyətlərindədir. Unutulan, itən və ya oğurlanan əşyaların tapılması vəziyyətində ölkəyə və ya şəxsə çatdırılması zamanı edilən xərclər əşya sahibinə aiddir. Hotel və Qonaqlama: Təşkilatçı tərəf hotel adlarını dəyişdirmək hüququnu özündə saxlayır. 3 nəfərlik otaqlarda əlavə çarpayı tətbiqi ola bilər. Siqorta və Sağlamlıq: İştirakçıların səyahət zamanı yanlarında səyahət sığortalarını saxlamaqları tələb olunur. Tura iştirak zamanı sağlamlıq problemləri, hamiləlik vəziyyəti və daimi istifadədə olan dərmanlarla bağlı hesabatların yanınızda saxlanılması məcburidir. Digər Qeydlər: Turlar başqa agentlik turları ilə birləşdirilə bilər. Pasaport etibarlılıq tarixi: Xaricə səyahət edəcək bütün sərnişinlərimizin mövcud pasportlarının ilk verilmə tarixi 10 ildən köhnə olmamalıdır. Həmçinin səyahət bitməsi etibarilə etibarlılıq müddətlərinin 6 ay olması tələb olunur.