← Qrup turlarına qayıt
Çin

Komfort Koreya Turu (Seul gediş – Seul dönüş) Türk Hava Yolları ilə 5 gecə

7 mart 2027 – 13 mart 2027 6 gecə / 7 gün Birbaşa uçuş
2 böyük üçün
4 998 EUR
Rezervasiya et
Müddət
6 gecə / 7 gün
Uçuş
Birbaşa
Otel
Proqrama uyğun
Qidalanma
Proqrama uyğun

Tur haqqında

Komfort Koreya Turu (Seul gediş – Seul dönüş) Türk Hava Yolları ilə 5 gecə marşrutu haqqında məlumat almaq və rezervasiya etmək üçün müraciət edə bilərsiniz.

Tur proqramı

Bakıdan İstanbula uçuş və əsas tur proqramına qoşulma. İstanbul Hava Limanında (IST) toplaşma. Turkish Airlines-ın TK20 reysi ilə saat 17:05-də Seula (ICN) yola düşmə. Gecələmə təyyarədədir.

Yerli vaxtla saat 08:55-də Seul İnçon Hava Limanına çatma. Qarşılanmadan sonra stansiyaya transfer olunub sürətli qatarla Busana yola düşürük. Busana çatdıqdan sonra şəhər turumuz başlayır. BMT Koreya Xatirə Qəbiristanlığını və fantastik mənzərəsi ilə seçilən Ahopsan Bambuk Meşəsini ziyarət edirik. Daha sonra dəniz sahilində yerləşən möhtəşəm Haedong Yonggungsa Məbədini gəzirik. Turun ardınca Blue Line Park Sky Capsule ilə dəniz kənarı boyunca ecazkar səyahət edirik. Ekskursiyadan sonra otelə transfer və sərbəst vaxt. Gecələmə Busan otelində.

Səhər yeməyindən sonra rəngarəng evləri və küçə sənəti ilə məşhur olan Gamcheon Mədəniyyət Kəndinə yola düşürük. Daha sonra Koreyanın qədim paytaxtı Kyonqcu (Gyeongju) şəhərinə istiqamətlənirik. Burada YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş qədim Bulguksa Məbədini və gecə mənzərəsi ilə heyran edən Wolji Göletini ziyaret edirik. Tur bitdikdən sonra Busana qayıdış. Gecələmə Busan otelində.

Səhər yeməyindən sonra sürətli qatarla Seula doğru yola düşürük. Marşrut üzərində Suvon şəhərində dayanaraq möhtəşəm Hwaseong Qalasını gəzirik. Ardınca Koreyanın ənənəvi həyat tərzini nümayiş etdirən Koreya Xalq Kəndini (Korean Folk Village) və Seulun ən böyük, qədim bazarlarından biri olan Namdaemun Bazarını ziyarət edirik. Günün sonunda Seuldakı otelimizə transfer. Gecələmə Seul otelində.

Səhər yeməyindən sonra təbiət gözəlliyi və serial çəkilişləri ilə məşhur olan nağılvari Nami Adasına ekskursiyaya yola düşürük. Adada gəzintidən sonra minlərlə bitki və çiçək növünə ev sahibliyi edən Səhər Sakitliyi Bağçasını (Garden of Morning Calm) ziyarət edirik. Hər iki mekanda unudulmaz mənzərələrin şahidi olduqdan sonra Seula qayıdış və sərbəst vaxt. Gecələmə Seul otelində.

Səhər yeməyindən sonra Koreyanın ən böyük sarayı olan Gyeongbokgung Sarayına gedirik. Burada gəzinti zamanı ənənəvi Koreya kral geyimi olan Hanbok geyinmə təcrübəsini yaşayırıq. Daha sonra Koreya Milli Xalq Muzeyi, qədim Koreya evlərinin yerləşdiyi Bukchon Hanok Kəndi, suvenir və antifariləri ilə məşhur Insadong küçəsi və alverin mərkəzi hesab olunan Myeongdong bölgəsini gəzirik. Günün sonunda otelə transfer. Gecələmə Seul otelində.

Səhər yeməyindən sonra hava limanına transfer. Turkish Airlines-ın TK21 reysi ilə saat 10:35-də İstanbul Hava Limanına (IST) uçuş. Yerli vaxtla 16:35-də İstambula çatma. İstanbuldan Bakıya dönüş uçuşu.

Uçuş məlumatları

Bakı – İstanbul – Bakı aviabiletləri tur qiymətinə daxildir. Bakı–İstanbul və İstanbul–Bakı reysləri mövcudluğa uyğun olaraq seçilir. İstəyinizə əsasən uyğun reys variantının seçilməsi mümkündür.
Turkish Airlines · TK20
Gediş
17:05
İstanbul Havalimanı (IST)
08:55
Seul (ICN)
Turkish Airlines · TK21
Qayıdış
10:35
Seul (ICN)
16:35
İstanbul Havalimanı (IST)

Yerləşmə

Seul
4* Oteller BB vb. 4★
· Oda Kahvaltı · və ya bənzəri
Busan
4* Oteller vb. BB 4★
· Oda Kahvaltı · və ya bənzəri

Qiymətə daxil olan və olmayan xidmətlər

Azərbaycan Respublikasının ümumvətəndaş pasportuna sahib olan vətəndaşlar üçün Cənubi Koreyaya səfər etmək üçün viza tələb olunur.

Səfərdən əvvəl K-ETA (Korea Electronic Travel Authorization) elektron səyahət icazəsinin alınması və ya rəsmi səfirlik/konsulluq vasitəsilə viza müraciətinin olunması məcburidir.
- Pasportun minimum etibarlılıq müddəti səfər bitdikdən sonra ən azı 6 ay olmalıdır.
- K-ETA müraciəti rəsmi portal (www.k-eta.go.kr) və ya mobil tətbiq üzərindən həyata keçirilir.
- Viza və giriş qaydaları dəyişə bildiyindən rezervasiya zamanı aktual tələblərin yenidən yoxlanılması tövsiyə olunur.

Səyahət və Proqram Şərtləri:
- Aviabilet və Uçuşlar: Bakı – İstanbul – Bakı reysləri üçün uçuş məlumatları rezervasiya zamanı təyin edilir. Aviaşirkətlər tərəfindən həyata keçirilən cədvəl dəyişikliklərinə görə tur operatoru məsuliyyət daşımır. Uçuş saatları yola düşmə tarixindən 48 saat əvvəl dəqiqləşdirilməlidir.
- Uçuş Qaydaları: Registrasiya (check-in) və minik (boarding) prosedurları sərnişinin şəxsi məsuliyyətindədir. Hava limanında vaxtında hazır olunmalıdır.
- Proqram Dəyişiklikləri: Təşkilatçı tərəf fors-major hallar, hava şəraiti və ya bağlanan yollar səbəbindən proqramın ardıcıllığını dəyişmək hüququnu özündə saxlayır.
- Qidalanma: Otellərdə təqdim olunan səhər yeməkləri kontinental formatdadır (yağ, cem, çörək, çay/qəhvə, şirə).
- Pasport Tələbi: Azərbaycan Respublikası vətəndaşlarının pasportunun etibarlılıq müddəti səyahət bitdikdən sonra ən azı 6 ay olmalıdır.
- İmtina Şərtləri: Turun başlamasına 30 gün qalana qədər cəriməsiz imtina mümkündür. 30-20 gün qaldıqda 50%, 19-10 gün qaldıqda 75%, 9-0 gün qaldıqda isə 95% tutulma tətbiq edilir.

Səyahət Proqramı və Otel Məlumatları:
- Nümunə otellər: Seul: 4* Samjung Hotel və s., Busan: 4* Ramada Busan və s.
- Otellərə giriş saatı 15:00 – 17:00, çıxış saatı isə 10:00 – 12:00 arasındadır.
- Üçnəfərlik (Triple) otaqlarda yerləşmə mümkün deyildir.
- Muzey və tarixi abidələrə giriş haqqı, şəhər yerləşmə vergiləri və yerli bələdçi üçün adambaşına 150 EUR məbləğində ödəniş tur zamanı bələdçiyə ödənilir.
- Seul – Busan – Seul marşrutu üzrə sürətli qatar biletləri (ekonom sinif) paketə daxildir.
- Tur boyunca ənənəvi Koreya kral geyimi olan Hanbok təcrübəsi proqrama daxildir.
- Ər-arvad, valideyn-övlad və ya Schengen/ABŞ vizası olan sərnişinlər istisna olmaqla, Koreya qruplarına eyni otaqda qalacaq kişi qonaqların qəbulu ilə bağlı xüsusi qaydalar tətbiq olunur.

NZ TRAVEL CLUB

Bu tura qoşulmaq istəyirsiniz?

7 mart 2027 – 13 mart 2027 tarixli turun mövcudluğunu satış əməkdaşımızla dəqiqləşdirin.

2 böyük üçün
4 998 EUR
WhatsApp ilə rezervasiya et
050 486 87 77 · 055 386 87 77 · 051 225 98 65

Oxşar qrup turları

Bütün Çin turları →