Yerləşmə barədə: Otellərə giriş saatları 15:00 – 17:00, çıxış saatları isə 10:00 – 12:00 arasındadır. Yaponiyadakı otellərdə standart otaq tipi adətən iki ayrı tək nəfərlik çarpayısı olan (Twin) otaqlardır. İki nəfərlik tək çarpayı tələbi otellərin müsaitliyinə bağlı olub zəmanət verilmir. Otaqların ölçüləri məhdud olduğundan, üç yetkin şəxsin eyni otaqda (Triple) qalması mümkün deyil.
Yaponiya Giriş Formaları: Yaponiyaya giriş edəcək bütün qonaqlar səyahətdən əvvəl Visit Japan Web sistemi (https://vjw-lp.digital.go.jp/en/) üzərindən qeydiyyatdan keçərək pasport və uçuş məlumatlarını sistemə yükləməlidirlər.
Baqaj haqqında: Kyoto və Tokyo arasındakı nəqliyyat zaman qazanmaq və rahatlıq təmin etmək məqsədilə sürətli qatarla həyata keçiriləcək. Bu gün qonaqlarımızın yanlarına yalnız bir gecəlik ehtiyaclarını qarşılayacaq əl baqajı almaları kifayətdir. Böyük çamadanlar oteldən təhvil alınaraq birbaşa Tokyodakı yerləşmə otelinə çatdırılacaqdır.