Nümunə otellər: Seul – 4* İbis Styles Ambassador və s.; Osaka – 3* Ibis Hotel Osaka Umeda və s.; Kioto – 4* Holiday Inn Kyoto və s.; Tokio – 4* Monday Premium Toyosu və s. Otellərə giriş saatları 15:00 – 17:00 arası, çıxış saatları isə 10:00 – 12:00 arasındadır. Yaponiyadakı otellərdə standart otaq tipi adətən iki ayrı tək nəfərlik yatağı olan Twin otaqlardır. İki nəfərlik tək yataq tələbi otellərin boş yer durumundan asılıdır və zəmanət verilmir. Yaponiyadakı otellərin otaq ölçüləri məhdud olduğundan, üç yetişkinin eyni otaqda (Triple) yerləşməsi mümkün deyil. Kioto ilə Tokio arasındakı hərəkət, zamanınıza qənaət və rahatlıq təmin etmək məqsədilə sürətli qatarla həyata keçiriləcəkdir. Bu gün üçün qonaqların yanlarına yalnız bir gecəlik ehtiyaclarını qarşılayacaq el baqajı almaları kifayətdir. Böyük valizlər isə oteldən təslim alınaraq birbaşa Tokiomdakı yerləşmə otelinə çatdırılacaqdır.