Rahat Benelüks, Paris, Elzas və İsveçrə Turu ilə unudulmaz səyahətə çıxın, dərhal rezervasiya edin!
Bakıdan İstanbula uçuş və əsas tur proqramına qoşulma. Sabiha Gökçən Hava Limanından uçuş ilə Baselə səyahət başlayır. Üç ölkənin kəsişməsində yerləşən Baselə çatdıqdan sonra şəhər gəzintisinə başlayırıq. Reyn çayı sahilində yerləşən tarixi binaları, bələdiyyə binasını və Basel Manastırını ziyarət edirik. Daha sonra Frayburq şəhərinə yola düşürük və miniatür su kanalları ilə məşhur olan bu Alman şəhərini gəzirik. Gəzintidən sonra otelə transfer və yerləşmə.