Konforlu Bangkok, Pattaya, Phuket və Kuala Lumpur turu marşrutu üzrə məlumat almaq və rezervasiya etmək üçün dərhal müraciət edin!
Bakıdan İstanbula uçuş və əsas tur proqramına qoşulma. İstanbul Hava Limanı Beynəlxalq Gediş Terminalında uçuşdan təxminən 3 saat əvvəl toplaşırıq. Baqaj təhvili və pasport nəzarətindən sonra Türk Hava Yolları şirkətinin müntəzəm reysi ilə Bangkok uçuşumuz üçün yerlərimizi alırıq. Bangkok istiqamətində səyahətimiz gecə boyu davam edəcək.