Benilüks, Paris, Elzas və İsveçrə turu (AMS-BSL) marşrutu haqqında ətraflı məlumat almaq və rezervasiya etmək üçün müraciət edə bilərsiniz.
Bakıdan İstanbula uçuş və əsas tur proqramına qoşulma. İstanbul Sabiha Gökçən Hava Limanında bilet, baqaj və pasport rəsmiləşdirilməsindən sonra Pegasus Hava Yollarının PC1251 reysi ilə saat 08:50-də Amsterdama yola düşürük. Saat 11:35-də Amsterdama çatma. Pasport və gömrük prosedurlarından sonra keçiriləcək panoramik şəhər turumuzda: Amsterdam Kral Sarayı, De Bijenkorf ticarət mərkəzi, Nieuwe Kerk və Hollandiya tarixində mühüm yeri olan Milli Abidənin yerləşdiyi məşhur Dam meydanı, gündüzlər memarlığı ilə göz oxşayan kanal evləri, axşamlar isə fərqli atmosferə bürünən Qırmızı Fənər küçəsi (Red Light District), Jordaan məhəlləsi, Leidseplein meydanı, Rembrandtplein meydanı və Kalverstraat ticarət küçəsi gəziləcək yerlər sırasındadır. Şəhər turundan sonra arzu edən qonaqlar bələdçinin əlavə olaraq təşkil edəcəyi Marken və Volendam turuna qoşula bilərlər (65 EUR). Turumuzun ilk dayanacağı əvvəllər ada olan, hazırda isə quru ilə birləşdirilmiş Marken adası olacaq. Adanı gəzdikdən sonra xarakterik Hollandiya evləri və limanı ilə tanınan Volendam kasabasına yola düşürük. Turdan sonra otelə transfer və gecələmə oteldə.