Klassik Balkanlar Pegasus Hava Yolları ilə 7 gecə (Skp-Beg) rotasına dair məlumat almaq və rezervasiyanızı dərhal etmək üçün klikləyin!
Bakıdan İstanbula uçuş və əsas tur proqramına qoşulma. İstanbul Sabiha Gökçen Hava Limanında xarici xidlər gediş terminalında görüşmə. Bilet, baqaj və pasport əməliyyatlarını izləyərək Pegasus Havayollarına məxsus təyyarə ilə Üsküpe hərəkət. Təxminən 1 saatlıq səyahətin ardınca yerli vaxt ilə Üsküpe varış. Pasport, baqaj və gömrük əməliyyatlarının ardınca xüsusi avtobuslarımız ilə birlikdə panoramik Üsküp turumuza başlayırıq. Turumuz əsnasında daş küçələri və tarixi binaları ilə Türk çarşısı, Vardar Çayı, Qala, daş körpü, Türk və Yəhudi məhəllələri, Davud Paşa Külliyesi, Mustafa Paşa Məscidi, Sultan Murad Məscidi, İsa Bəy Məscidi, Çifte Hamam, Sulu Xan, Kapan Xan, Kurşunlu Xan, Saat qulesi, Makedoniya Meydanı, köhnə və yeni vağzallar, hökumət binası, məclis, Müqəddəs Spas Kilsəsi, Üsküpün panoramik mənzərəsini görüb şəkilləndirə biləcəyiniz yerlər, Rahibə Terezanın Abidəsi və Evi görüləcək yerlər arasındadır. Turumuzun bitməsi ilə otelimizə yerləşmə. Gecələmə və axşam yeməyi otelimizdə.