Balkan Rüyası 5 Ölkə Turu marşrutu üzrə məlumat almaq və rezervasiya etmək üçün dərhal müraciət edin!
Bakıdan İstanbula uçuş və əsas tur proqramına qoşulma. İstanbul Hava Limanı Beynəlxalq Xətlər terminalında bələdçi ilə görüşmə. Türk Hava Yolları reysi ilə Saraybosnaya uçuş. Yerli saatla Saraybosnaya çatma. Pasport və bilet prosedurlarından sonra Saraybosna şəhər turuna başlayırıq. Avropanın ən məşhur Baş Çarşısı, Osmanlı dövründən qalma Kurşunlu Mədrəsəsi, Hüsrev Bəy Məscidi, Saat Qülləsi, Katolik Katedrali, Pravoslav Kilsələri, Yəhudi Sinaqoqu, I Dünya Müharibəsinin başlandığı Latın Körpüsü və Fatih Sultan Mehmetə ithaf olunan Fatih Məscidi görəcəyimiz yerlər arasındadır. Panoramik turumuzu Sönməyən Atəş abidəsində tamamlayacağıq. Günün qalan hissəsi sərbəst vaxt. Otelə transfer və gecələmə oteldə.