Ərizə forması ərizəçi tərəfindən doldurulmalı və imzalanmalıdır.
10 illik bir vaxtda verilmiş pasport ölkəyə qayıtdıqdan sonra ən azı 3 ay etibarlılıq müddətinə malik olmalıdır.
Pasportun bioloji məlumatların (şəkil) olduğu səhifəsinin və bu vaxta qədər alınmış vizaların surəti
2 (iki) biometrik şəkil
Tibbi sığorta bütün Şengen ölkələrini əhatə etməli və nəzərdə tutulan səfər dövründə təcili yardım, müalicə və ya ölüm zamanı yarana biləcək hər hansı xərcləri ödəməli və minimum 30.000 avro dəyərində olmalıdır.
Səyahət və uçuş sifarişləri və ya nəzərdə tutulan digər nəqliyyat vasitələri
Gəlirlərin göstərilməsi məsələn:
son 3 ay ərzində hesab dövriyyəsi üzrə bank hesabı bəyanatı (bank tərəfindən möhürlənmiş və imzalanmış)
Müntəzəm gəlir mənbəyi məsələn son 3 ay üzrə əmək haqqı (və ya buna bənzər hallar)
Səyahət müddəti ərzində qalınacaq yaşayış yeri haqqında sənəd (sübut)
Aşağıdakı sənədlər kateqoriyalar üzrə təqdim olunmalıdır
Əgər ərizə verən şəxs işləyirsə
İş yerindən məktub (icazə) və ya məzuniyyət haqqında sənəd
Əgər ərizəçi fermerdirsə
Fermer təsərrüfatına malik olmağı haqqında sənəd
Əgər ərizəçi şirkətin sahibi və ya əməkdaşıdırsa
vergilərin ödənilməsi haqqında arayış
Şirkətin ticarət-sənaye palatasında qeydiyyatı və ticarət reyestrının büllüteninin surəti
Əgər ərizəçi təqaüdçüdürsə
Təqaüdün alınması haqqında arayış və ya bank hesabından çıxarış
Əgər ərizəçi tələbədirsə
Tələbə olmağı haqqında sənəd, səyahət zamanı xərclərin ödənilməsini öz üzərinə götürən şəxsin ərizəsinin notarius tərəfindən təsdiqi.
Əgər ərizəçi yetkinlik yaşına çatmayan və ya 18 yaşından kiçikdirsə valideynlərdən biri və ya qanuni qəyyum ilə səyahət edirsə:
Valideynlərin notarius tərəfindən təsdiqlənmiş ərizəsi (bu şərt tək valideyn hüququ almış valideynə şamil edilmir)
1.Doğum haqqında şəhadətnamə rus yaxud ingilis dillərinə tərcüməli, notarial təsdiqli (18 yaşdan aşağı hər kəs üçün)
2.Şengen ölkələrarası nəqliyyat göstərilməlidir.
3.Bankdan arayış, eyni bankdan olan plastik kartın nüsxəsi
4.Bütün sənədlər ingilis yaxud rus dillərində qəbul olunur, şəxsiyyət vəsiqəsi istisna olmaqla
5.Müraciət ərizə forması latın qrafikası ilə yalnız ingilis dilində doldurulmalıdır.
6.Oteldən təsdiq məktubu imzalı və möhürlü olmalıdır.
7.Səyahət müddəti ərzində qalınacaq yerlər haqqında möhürlü, imzalı sənədin olması vacibdir.